Kitabxanadan istifadə qaydaları

Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanasının məqsədi  təlim-tərbiyə və maarifləndirmə işində fəal iştirak etmək, tələbələrə elmi dünyagörüşü, vətəndaş məsuliyyəti və yüksək mədəniyyət aşılamaq, onların mənəvi, estetik tərbiyəsinin formalaşdırılmasına və elmi fəaliyyətinin genişləndirilməsinə təsir göstərməkdir. 

Kitabxananın oxucularının hüquqları:

  • Kitabxana fondundan, soraq-biblioqrafiya aparatından, məlumat mənbələrinin  axtarışına və əldə edilməsinə dair məsləhət xidmətindən istifadə etmək
  • Abonoment və oxu zallarında olan nəşrləri və informasiya resurslarını əldə etmək və onlardan istifadə etmək
  • Kitabxananın keçirldiyi tədbirlərdə iştirak etmək

Oxucuların vəzifələri:

  • Kitabxanadan istifadə edilməsi qaydalarına əməl etmək
  • Müvəqqəti istifadə üçün verilən çap məhsullarına və informasiya resurslarına qayğı ilə yanaşmaq, onların yararsız hala salınmasına və ya itirilməsinə yol verməmək
  • Nəşr məhsullarını və informasiya resurslarını qəbul edərkən, onların qüsursuz olmasına əmin olmaq və hər hansı bir nöqsan aşkar etdikdə, bu haqda dərhal kitabxananın əməkdaşlarına məlumat vermək
  • Vahid oxucu biletinə əsasən, abonementdən müvəqqəti istifadə üçün əldə etdikləri çap məhsullarının formulyarını imzalamaq
  • Abonementdən müvəqqəti istifadə üçün əldə etdikləri çap məhsullarını tədris ilinin sonunda qaytarmaq
  • Universiteti bitirdikdə və ya başqa ali təhsil müəssisəsinə köçürüldükdə, qeydiyyat kitabçasında kitabxanaya məxsus çap məhsullarının olmadığı barədə qeyd aparılmış dövriyyə vərəqəsini təqdim etmək.
  • Oxucu kitabxanada sakitliyə, təmizliyə və qəbul olunmuş qaydalara riayət etməlidir

Kitabxanada aşağıdaklar qadağandır:

  • Kitabxananın oxu zallarında müzakirə aparmaq
  • Yüksək səslə və telefonla danışmaq
  • Çay içmək, nahar etmək, oxu masasının üstünü zibilləmək, yerə zibil tökmək
  • Oxu zallarının istirahət otağında oturucaqlarda uzanmaq
  • Səsli audio - video material dinləmək
  • Etik normalardan kənara çıxan davranış tətbiq etmək
  • Dəhlizlərdə, gözləmə oturacaqlarında və oxu zallarında qrup şəklində səsli müzakirələr aparmaq 

Kitabxanadan evə götürülən resurslardan istifadə müddəti aşağıdakı kimi müəyyənləşdirilir:

  • Dərslik, dərs vəsaiti – bir tədris ili
  • Elmi-populyar və bədii ədəbiyyat – bir ay
  • Dövri və çox istifadə olunan nəşrlər – 15 gün

 Nadir nüsxələrdən yalnız kitabxananın oxu zalında istifadə etməyə icazə verilir